RU

“Hələ də enerjim var və "Atletiko"nun uğuru üçün çalışıram”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone uzunmüddətli karyerası barədə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Marca" argentinalı mütəxəssisindediklərini belə çatdırıb.

"Mən olduğum yerdə xoşbəxtəm. Bu vəzifə üçün lazım olan enerjim hələ də var. İşimin bütün nəticələrini – yaxşısını da, pisini də dərk edirəm" 

Simeone həmçinin komandanın gənc oyunçularına dəstək olacağına söz verib: 

"Biz hər zaman onlarda gördüyümüz ən yaxşı keyfiyyətləri üzə çıxarmağa və ehtiyaclarımıza uyğun istifadə etməyə çalışacağıq."

Qeyd edək ki, 54 yaşlı baş məşqçi artıq 14 ildir “Atletiko”nun sükanı arxasındadır. Bu müddətdə o, klubla 8 titul qazanıb. Bunların sırasında İspaniya çempionluğu (2 dəfə), ölkə kuboku və Superkuboku, eləcə də UEFA Avropa Liqasındakı iki qələbə yer alır.

Избранный
32
13
90deqiqe.az

10Источники