Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, iş adamı rüşvət verməkdə şübhəli bilinir.
Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.
Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin edilib.
Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.