RU

Berdıyev: “Çempionluq ciddi hədəfdir”

“Turan Tovuz”un baş məqşçisi Kurban Berdıyev Premyer Liqanın 1-ci turunda “İmişli”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“İlk oyun, təxmin etdiyimiz kimi, ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Allaha şükürlər olsun ki, qələbə qazandıq. Belə matçlar həmişə çətin olur. Bəzi oyunçularımız düşərgəyə gec qoşuldular. Alexandro Serrano gec gəldi, İbrahima Vadjiyə vaxt lazımdır. Zamanla hər şey qaydasına düşəcək”.

Berdıyev ilk hissədə futbolçularına çox əsəbiləşməsinə belə aydınlıq gətirib:

“Bəzi məqamlar var ki, onları məşqlərdə işləmişdik, amma alınmırdı. Narazılığım buna idi”.

Kurban Berdıyev klub prezidenti Ehtiram Quliyevin “Turan Tovuz”un hədəfinin çempionluq olması barədə sözlərinə də şərh verib:

“Qarşımıza hədəf qoyulub, bu, ciddi hədəfdir. Biz də buna çatmaq üçün çalışacağıq”.

Berdıyev heyəti gücləndirmək yönündə çalışmalarının davam etdiyini bildirib:

“Müəyyən təmaslarımız var. Amma hadisələri qabaqlmaq istəmirəm. Ən azı iki transfer istəyərdik. Necə olacağını zaman göstərəcək”.

Baş məşqçi bəzi futbolçuların çıxışına da toxunub:

“Rəhim Sadıqovun bu gün pis oynadığını düşünmürəm. O meydanda çox böyük iş gördü. Bu gün onun oyunundan razı qaldım. David Tavares təlim-məşşq toplanışındda zədələnib. Yavaş-yavaş sağalır. İnanırıq ki, o bizə kömək edəcək. Şəhriyar Əliyevin oynamamasına gəlincə, bu, rəqabətlə bağlıdır. Bu mövsüm komandamız daha rəqabətədavamlıdır. Kim güclüdürsə, o da oynayır”.

Xorxe Kaşkilya uğursuz debütündən danışdı

“İmişli”nin baş məşqçisi Xorxe Kaşkilya isə komandasının mövsümə məğlubiyyətlə başlamasını belə izah edib:

“Yaxşı oynadıq, müdafiə baxımından yaxşı idik. Son dəqiqədə qol buraxmaq ağırdır. Amma bu, futboldur. Birinci hissədə top daha çox mərkəzdə olurdu, komandalar bir-birini tanımağa çalışırdılar. İkinci hissdə taktiki cəhətdən daha yaxşı oynadıq. Şanslarımız da oldu. Son dəqiqələrdə müdafiəçimiz və qapıçımızın zədələnməsi oyuna təsir etdi. Diqqətimizi növbəti oyuna cəmləyəcəyik.

“Turan Tovuz”un oyunlarını təhlil edirdik. Bilirdik ki, aqressiv oynayırlar, uzun ötürmələrdən istifadə edirlər. Son dəqiqələr idi, oyunçularımız yorğun idilər. Uzun ötürmə ilə hücuma çıxdılar və qol vurdular.

Bura gəlməmişdən əvvəl Azərbaycan Premyer Liqasını araşdırmışam. Çempionatın səviyyəsi yüksəkdir. 4-5 səviyyəli komanda var. Burada yaxşı legionerlər çıxış edirlər. Bu oyun da məndə xoş təəssüratlar yaratdı. Bura gəlməyimin səbəbi nəticə göstərməkdir. İlk oyun olmasına baxmayaraq, komandamız ikinci yarıda taktiki cəhətdən yaxşı oyun göstərdi. Bu komanda ilə nəticə vermək olar. Çalışacağıq ki, Premyer Liqada yerimizi qoruyaq”.

Избранный
35
11
arena.az

10Источники