AZ

Ayxan Abbasov: “Səfərdə bir xal bizi sevindirir”

Misli Premyer Liqasının I turu çərçivəsində səfərdə “Neftçi”nin qonağı olan “Şamaxı” 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov görüş barədə fikirlərini bildirib:

“Çempionat dayananda, bir az qədrini bilirik. İlk oyun idi. Rəqib “Neftçi” idi, özü də səfərdə. Onlarda yeni oyunçular var idi. İlk oyunda rəqibləri təhlil etməkdə çətinlik çəkirdik. Bizim də yenilərimiz var idi. Onlara da səfərdə bu arenada “Neftçi”yə qarşı oynamaq çətin idi. Amma ilk oyuna baxmayaraq, futbolçularımdan razı qaldım. Birinci hissə daha çox hücumlarla keçdi, rəqibin üstünlüyünü bilirdik. Bizdə yorğunçuluq oldu. Dəyişiklik etdik. Səfərdə bir xal bizi sevindirir. Bu mövsüm daha yaxşı olmaq, futbolçularımızın daha yaxşı inikişafını istəyirik. Əziyyət çəkməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymamışdılar.”

Seçilən
16
44
idmanxeber.az

10Mənbələr