
Serbiyanın bir neçə şəhərində 16 avqust gecəsi keçirilən müxalifət tərəfdarlarının etirazlarında 6 polis yaralanıb, 38 nəfər saxlanılıb, məlumatı daxili işlər naziri İvitsa Daçic verib.Nazir bildirib ki, etirazçılar pirotexnika istifadə edib, zibil konteynerlərini çevirmiş və yandırmış, Novi-Sad şəhərində isə “Informer” televiziyasının jurnalistlərinə hücum ediblər. İki jurnalist saxlanılıb. Gecənin sonunda xaos artıq dayandırılıb.14 avqust gecəsi isə Belqrad və Novi-Sad şəhərlərində etirazlarda 60-dan çox vətəndaş və 16 polis əməkdaşı yaralanmışdı. Prezident Aleksandar Vuçiç bildirib ki, etirazların bir hissəsi xaricdən təşviq olunub.Etirazlar 2024-cü il noyabrın 1-də Novi-Sad dəmir yolu stansiyasında baş verən düşmə hadisəsindən sonra başlayıb. Etirazçılar vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini və hökumətin istefasını tələb edirlər.Ulusum.az
Diqqət Çəkənlər
Alyaskada TARİXİ AN – Tramp və Putin Ukrayna üçün üz-üzə!
İllər Keçdikcə Ailə: Hər Dövrdə Münasibətləri Qorumağın Yolları
Azərbaycan əhalisinin sayı açıqlanıb