RU

Azərbaycan Prezidenti 40 min insana təqaüd təyin edib - Aralarında Vətən Müharibəsi qəhrəmanları da var

BAKI, 16 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyul ayı ərzində Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və fəxri adlarına görə 40 min 3298 nəfərə təqaüd təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, həmin dövr ərzində 246 nəfərə “Xalq”, 4470 nəfərə “Əməkdar” fəxri adı verilib.

“Xalq” fəxri adına görə aylıq 200 azn, “Əməkdar” fəxri adına görə isə aylıq 150 azn təqaüd ödənilir.
325 nəfərə isə fərdi təqaüdlər təyin edilib.

Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqları üçün 176 nəfərə aylıq 976.33 manat məbləğində təqaüd ayrılıb.

Избранный
31
4
teleqraf.com

5Источники