"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Ferentsvaroş" bu görüşlər üçün heyətini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Macarıstan klubunun erməni futbolçusu Edqar Sevikyan Bakıya gəlməyəcək. O, heyətə daxil edilməyib.

Ondan başqa bu ilin yanvarından "Qarabağ"ı "Ferentsvaroş"a dəyişən Julio Romao da sabiq klubuna qarşı oynaya bilməyəcək. Braziliyalı futbolçunun zədəsi davam edir.