AZ

Qurban Qurbanov: Macarıstandan uğurlu nəticə ilə dönmək istəyirik

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı,18 avqust, AZƏRTAC

“Yenidən Macarıstanda olmaq xoşdur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, istəkli komandaya qarşı oynayacaqlarını bildirib: “Rəqib də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyir. Bizi çətin görüş gözləyir. Yaxşı mübarizə aparıb, Bakıya uğurlu nəticə ilə dönmək istəyirik”.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
50
azertag.az

10Mənbələr