Azərbaycanın basketbol hakimi Ələkbər Həsənov FIBA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlarda bu gün ədalət təmsilçisi kimi son oyununa çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, o, Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşü idarə edəcək.
Sloveniya – İtaliya qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.