Azərbaycanın basketbol hakimi Ələkbər Həsənov FIBA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlarda bu gün ədalət təmsilçisi kimi son oyununa çıxacaq.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


O, Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşü idarə edəcək.


Sloveniya - İtaliya qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.