Bakıda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.