RU

İnsan Haqları Hesabatında Türkiyə ilə bağlı İddialar Əsassızdır - Türkiyə XİN

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyə ABŞ Dövlət Departamentinin İnsan Haqları Hesabatındakı iddiaları rədd edib.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi 2024-cü il İnsan Haqları Hesabatında ölkə ilə bağlı qeyd olunan iddialarla bağlı yazılı açıqlama yayıb.

Nazirlik bəyan edib ki, hesabatda yer alan iddialar əsassızdır və reallığı əks etdirmir. Bildirilib ki, Türkiyə qanunun aliliyi və əsas hüquq-azadlıqlar çərçivəsində terrorun bütün forma və təzahürlərinə qarşı uğurla mübarizə aparır. Hesabatda FETÖ ritorikasına əsaslanan iddiaların yer alması təəssüf doğurduğu vurğulanıb. Nazirlik həmçinin qeyd edib ki, Suriyada həyata keçirilən əməliyyatlar beynəlxalq hüququn verdiyi özünümüdafiə hüququ çərçivəsində, mülki şəxslərə və infrastruktur obyektlərinə maksimum diqqət göstərilməklə aparılır.

Açıqlamada əlavə olunub ki, milyonlarla qaçqına ev sahibliyi edən Türkiyə insan ləyaqətinə əsaslanan hərtərəfli və davamlı qlobal miqrasiya siyasəti ilə nümunə göstərir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2024-cü il İnsan Haqları Hesabatını avqustun 15-də dərc edib.

Избранный
70
4
turkic.world

9Источники