RU

“Araz Naxçıvan” “Kəpəz”lə bərabərləşdi

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Araz-Naxçıvan” “Omoniya” ilə iki oyunda qapısında 9 qol görməklə bu göstəricidə mütləq antirekorda xeyli yaxınlaşdı. "Football-plus.az" xəbər verir ki, ölkə klublarından “Xəzri” 11, “Neftçi”, “Qarabağ” (iki dəfə) və “Xəzər-Lənkəran” 10 qol buraxıb. “Kəpəz” isə 1995-ci ildə “Austriya” ilə oyunlarda qapısında 9 qol görüb. Onda gəncəlilər, heç olmasa, bir qolun əvəzini çıxmışdı. Azərbaycan klublarının 9 və daha artıq qol buraxdığı oyunlar:1995/96. UEFA kuboku. Kəpəz – Austriya (Avstriya) 0:4 (e), 1:5 (s)1996/97. UEFA kuboku. Xəzri – Qutnik (Polşa) 0:9 (s), 2:2 (ev)1997/98. Çempionlar Liqası. Neftçi – Vidzev (Polşa) 0:2 (e), 0:8 (s)1998/99. Kuboklar Kuboku Qarabağ – Kopenhagen (Danimarka) 0:6 (s), 0:4 (e)1999/00. İntertoto kuboku. Qarabağ – Monpelye 0:3 (e), 0:6 (s)2013/14. Avropa Liqası. Xəzər-Lənkəran – Makkabi (H, İsrail) 0:2 (s), 0:8 (e)2017/18. Çempionlar Liqası. Qarabağ – Çelsi (İngiltərə) 0:6 (s), 0:4 (e)2025/26. Konfrans Liqası. Araz-Naxçıvan – Omoniya (C.Kipr) 0:4 (e), 0:5 (s)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
icma.az

2Источники