AZ

“Araz-Naxçıvan” “Kəpəz”lə bərabərləşdi

“Araz-Naxçıvan” “Omoniya” ilə iki oyunda qapısında 9 qol görməklə bu göstəricidə mütləq antirekorda xeyli yaxınlaşdı.

"Football-plus.az" xəbər verir ki, ölkə klublarından “Xəzri” 11, “Neftçi”, “Qarabağ” (iki dəfə) və “Xəzər-Lənkəran” 10 qol buraxıb. “Kəpəz” isə 1995-ci ildə “Austriya” ilə oyunlarda qapısında 9 qol görüb. Onda gəncəlilər, heç olmasa, bir qolun əvəzini çıxmışdı.

Azərbaycan klublarının 9 və daha artıq qol buraxdığı oyunlar:
1995/96. UEFA kuboku. Kəpəz – Austriya (Avstriya) 0:4 (e), 1:5 (s)
1996/97. UEFA kuboku. Xəzri – Qutnik (Polşa) 0:9 (s), 2:2 (ev)
1997/98. Çempionlar Liqası. Neftçi – Vidzev (Polşa) 0:2 (e), 0:8 (s)
1998/99. Kuboklar Kuboku Qarabağ – Kopenhagen (Danimarka) 0:6 (s), 0:4 (e)
1999/00. İntertoto kuboku. Qarabağ – Monpelye 0:3 (e), 0:6 (s)
2013/14. Avropa Liqası. Xəzər-Lənkəran – Makkabi (H, İsrail) 0:2 (s), 0:8 (e)
2017/18. Çempionlar Liqası. Qarabağ – Çelsi (İngiltərə) 0:6 (s), 0:4 (e)
2025/26. Konfrans Liqası. Araz-Naxçıvan – Omoniya (C.Kipr) 0:4 (e), 0:5 (s)

Seçilən
12
1
football-plus.az

2Mənbələr