RU

Starmer Tramp və Zelenski ilə DANIŞDI

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodmir Zelenski ilə telefon danışıqları aparıb.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Telefon danışıqları zamanı ABŞ liderinin rusiyalı həmkarı ilə Alyaskada apardığı danışıqların nəticələri müzakirə edilib.

Qeyd olunur ki, K.Starmer səhər saatlarında NATO-nun Avropadan olan digər üzv dövlətlərinin liderləri ilə birlikdə Trampla telefon danışığına qoşulub və tezliklə özü də avropalı liderlərlə danışıqlar aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
50
bakivaxti.az

10Источники