Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
"ABD Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün Alyaskada keçilməsi ilə bağlı məlumat yayılanda müəyyən nəticələrin əldə olunacağına ümidlər çox idi".
Bu sözləri Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya-Ukrayna cəbhəsində sülh olmasa da, atəşkəs elan olunmasından söhbət gedirdi:
"Əslində, bu ümidləri yaradanlar da məhz ABŞ və Rusiya idi. Lakin Ukrayna, Avropa İttifaqı və digər dünya ölkələrindən olan ekspertlər və siyasilər bunun mümkün olmadığını deyirdilər.
Görüşə 1-2 gün qalmış isə Amerika rəsmiləri ciddi nəticələrin gözlənilməməsi ilə bağlı bəyanatlar verdilər.
Xüsusilə, ABŞ Dövlət katibi Marko Rubio bu görüşü bir növ məsələ ilə bağlı tanışlıq görüşü adlandırdı. Ona görə də ciddi qərarların qəbul olunması gözlənilmirdi".
Ekspert qeyd edib ki, dünən baş tutan Alyaska görüşündə isə təxminlər özünü doğrultdu:
"Sadəcə olaraq bu görüş hər iki liderin özlərinin təbliğatı baxımından əhəmiyyətli sayıla bilər. Ancaq Ukrayna probleminin həll istiqamətində ciddi irəliləyiş əldə olunmadı.
Məsələn, Ukraynaya hansısa təhlükəsizlik zəmanətləri verilə biləcəyi deyilir. Hərçənd ki, bunun nəyin qarşılığında olduğu açıqlanmır. Yəni açıqlanan bəzi məsələlərlə bağlı ilə detallar bəlli deyil".
Onun sözlərinə görə, sözügedən görüşdə Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində hansısa irəlləyiş əldə olunmadı:
"Sadəcə şifahi sözlər deyildi, ancaq hansısa müqavilə imzalanmadı. Yəni rəsmiləşən heç nə yoxdur. Ümumiyyətlə, Rusiya-Ukrayna münasibətlərinin birtərəfli qaydada Donald Tramp özü müəyyən edə bilməz.
ABŞ lideri Rusiyanın nüvə dövləti olduğunu, Ukraynanın isə məğlub tərəf kimi təqdim edərək Kiyev ərazi mübadiləsinə razı salmağa çalışır. Lakin Ukrayna xalqı da, Prezidenti də belə alçaldıcı sülhə razı olmayacaq".
Elmir Mustafa
"Cebheinfo.az"
Açar sözlər:
Tramp Putin Taleh Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.