RU

Petr Çex 22 ildən sonra həyat yoldaşından boşanır

“Çelsi” və Çexiya millisinin sabiq qapıçısı Petr Çex 22 ildən sonra həyat yoldaşı ilə boşanır. Msport.az xəbər verir ki, 43 yaşlı Çex gələcək həyat yoldaşı Martina ilə 1999-cu ildə məktəbdə tanış olub.

2003-cü ildə cütlük rəsmi nigaha girib. Onların iki uşağı var: qızları Adel və oğlanları Damian.

16 yaşlı Damian bu ilin iyulunda “Fulhem”lə ilk peşəkar müqavilə imzalayıb. 17 yaşlı Adela da London klubunin qızlar komandasında çıxış edir.

Çex Martina ilə ayrılması barədə sosil mediada paylaşım edib: “Martina və mən kədərlə bildiririk ki, 26 illik birgə həyatımızdan sonra ayrılırıq. Biz ən yaxşı dost olaraq qalacağıq və 2 övladımızla fəxr edirik”.

Избранный
54
msport.az

1Источники