ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin təyyarələrdən düşdükdən sonra birincinin limuzinində görüşərək gözlənilməz təkbətək söhbət ediblər. Rusiya prezidenti Trampın maşınına mindikdən sonra liderlər təxminən 10 dəqiqə üz-üzə danışıblar.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "NY Times" məlumat yayıb.
KİV-in məlumatına görə, dünya diplomatiyası üçün bu son dərəcə qeyri-adi addım müşahidəçiləri təəccübləndirib. Əldə olan məlumata görə, avtomobildə tərcüməçilər olmayıb. Bu, Putinin söhbət aparmaq üçün kifayət qədər ingilis dili bildiyini göstərir.
“Bu, sirri daha da artıra bilər, çünki iki lider Trampın birinci müddətinin əvvəlində, 2017-ci ildə Hamburqda apardıqları söhbətə bənzəyən bu səfər zamanı təkbətək müzakirə edirlər”, - deyə nəşr qeyd edib.
"NBC News" müxbirləri də təsdiq edir ki, avtomobillə uçuş-enmə zolağından görüş yerinə gedərkən Tramp və Putinin kortejdəki görüşü 10 dəqiqəyə yaxın davam edib.
Görəsən, işğalçı faşist Rusiya diktatoruyla özündən müştəbeh, narsist Amerika lideri həmin 10 dəqiqədə bəşərin taleyinə toxunacaq nə danışıblar...
S.Laçın