RU

Putin və Tramp sammitdən əvvəl Ankoricdə görüşdülər -CANLI - YENİLƏNİB

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlayıb.Bu barədə  Ağ Evin mətbuat xidməti məlumat verib.

 

***

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada görüş “3+3” formatında keçiriləcək. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

"Prezident Tramp və prezident Putin arasında əvvəllər planlaşdırılan təkbətək görüş üçün üçə formatda olacaq. Prezident Trampla yanaşı, görüşdə ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak edəcək", - Livitt bildirib.

 

***

 

ABŞ Prezidenti Donald Trampın təyyarəsi Rusiya lideri Vladimir Putinlə görüş öncəsi Alyaskaya eniş edib.Bu barədə Ağ Evdən bildirilib.

 

***

 

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə eniş edib.Bunu "Flightradar24" xidmətinin məlumatları təsdiqləyir.

Rusiya liderinin təyyarəsinin uçuşunu onlayn rejimdə 469 mindən çox insan izləyib.

 

19:23

 

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.Bu barədə Rusiya KİV xəbər verir.

Təyyarə avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Избранный
13
2
anews.az

3Источники