AZ

Putin Alyaskadadır - Yenilənib

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə eniş edib.Bunu "Flightradar24" xidmətinin məlumatları təsdiqləyir.

Rusiya liderinin təyyarəsinin uçuşunu onlayn rejimdə 469 mindən çox insan izləyib.

 

19:23

 

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.Bu barədə Rusiya KİV xəbər verir.

Təyyarə avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Seçilən
12
2
anews.az

3Mənbələr