RU

Niyə hərbi bazada? Tarixi görüşün keçirildiyi yerin tarixi

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Vaşinqton Post” yazır ki, bazada ABŞ ordusunun Hava Hücumundan Müdafiə qüvvələrinin hissələri və raket hücumundan erkən xəbərdarlıq sistemləri yerləşdirilib. İkinci Dünya müharibəsi zamanı bazadan yüklərin daşınması üçün vacib logistika məntəqəsi kimi istifadə olunub. Soyuq Müharibə dövründə isə Şimali Amerikanın hava-kosmik hücumlardan qorunması sisteminin vacib halqası olub. Həmin illərdə baza “Şimali Amerikanın müdafiəsi” devizi ilə fəaliyyət göstərib. Hazırda Arktika ərazizisində xilasetmə və digər əməliyyatlar keçirmək lazım gələndə Elmendorf-Riçardson hərbi bazasının imkanlarından istifadə edilir. Dünyadan müəyyən mənada təcrid olunması bazanın təhlükəsizliyini artırır, yaşayış məntəqələrindən uzada yerləşməsi isə onun ətrafında kütləvi aksiyaların keçirilməsini istisna edir. Görüş yeri kimi seçilməsinin səbəblərindən biri də məhz budur. Elmendorf-Riçardson hərbi bazasının saxlanmasına hər il 400 milyon dollara yaxın vəsait sərf olunur. Bunun 316 milyon dolları oradakı şəxsi heyətin əməkhaqqılarına, 70 milyon dollar isə infrastrukturun saxlanmasına sərf olunur. Tariyel Həsənov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
21
azvision.az

10Источники