İsveçin Erebru şəhərində məscid yaxınlığında atışma nəticəsində bir neçə nəfər xəsarət alıb.
"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı polisə istinadən bildirib.
"Xəsarət alanlar var, lakin hazırda onların vəziyyəti barədə məlumatımız yoxdur", - polisdən bildirilib.
Xəsarət alanların dəqiq sayı açıqlanmır.
Şahidlərin sözlərinə görə, naməlum şəxs məsciddən çıxan bir şəxsə atəş açıb.
"Cebheinfo.az"