AZ

İsveçdə məscid yaxınlığında silahlı hücum: 2 nəfər yaralandı

İsveçdə məscid yaxınlığında silahlı hücum: 2 nəfər yaralandı

İsveç polisi paytaxt Stokholmun qərbində yerləşən Örebro şəhərində bir məscid yaxınlığında açılan atəş nəticəsində iki nəfərin yaralandığını açıqlayıb.

Örebro Polis İdarəsinin rəsmi internet saytında yayımlanan məlumatda yerli vaxtla 13:45-də Örebrodakı məscid yaxınlığında silah səslərinin eşidildiyinə dair məlumat daxil olduğu bildirilib.

Məlumatda qeyd olunub ki, xəbərdarlıqdan sonra polis əməkdaşları hadisə yerinə cəlb olunub və hücum nəticəsində yaralıların olduğu müəyyən edilib.

Açıqlamada vətəndaşlara hadisə yerindən uzaq durmaları tövsiyə edilib. Hücumun səbəbinin hələlik məlum olmadığı, lakin bununla bağlı araşdırma başladıldığı qeyd edilib.

İsveç dövlət televiziyası SVT-nin məlumatına görə, polis sözçüsü Lars Hedelin hücumda 2 nəfərin yaralandığını bildirib.

Expressen qəzetinə danışan şahidlərdən Mazen Muwaffak, “Hücum məscidə qarşı idi, yoxsa vurulan şəxslərə qarşı – bunu tam anlaya bilmədik. Lakin polisin hadisə yerinə sürətlə gəlməsi bizi sevindirdi”, – deyə vurğulayıb.

Seçilən
15
11
afn.az

10Mənbələr