RU

Peşə məktəblərinə tələbə qəbulunun I mərhələsinin cavabları AÇIQLANDI

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

11 avqust 18:00-dan etibarən 2025/2026-ci tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub. Ümumilikdə 23 802 nəfər müsabiqədən keçib.

Müsabiqənin nəticələri 15 avqust tarixində müraciətçilərə həm SMS vasitəsilə təqdim edilib, eyni zamanda "şəxsi kabinet" bölməsində yerləşdirilib. Müsabiqədən uğurla keçən namizədlər 16-25 avqust tarixlərində qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

attestatın əsli;

sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

şəxsiyyət vəsiqəsinin surəti;

3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbul olmuş şəxsin qeyd olunan müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
14
oxu.az

10Источники