RU

İsveçdə məscid yaxınlığında atəş açılıb: 2 nəfər yaralanıb

İsveç polisi Örebro şəhərindəki bir məsciddə cümə namazından sonra baş verən silahlı hücum nəticəsində 2 nəfərin yaralandığını açıqlayıb.

News365.az xəbər verir ki, Örebro Polis İdarəsinin rəsmi saytında verilən məlumata görə, yerli vaxtla saat 13:45-də məscid yaxınlığından atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Məlumatı alan polis dərhal hadisə yerinə çatıb və hücum zamanı yaralananların olduğu bildirilib.

Vətəndaşlara hadisə yerindən uzaq durmaları tövsiyə olunub. Hücumun səbəbi hələlik məlum olmasa da, məsələ ilə bağlı araşdırma başlanıb.

İsveçin dövlət televiziya kanalı SVT-nin xəbərinə görə, polis mətbuat katibi Lars Hedelin hücum nəticəsində 2 nəfərin yaralandığını açıqlayıb.

Expressen qəzetinə danışan şahid Mazen Muwaffak bildirib ki, məsciddən çıxan 2 nəfər atəşə tuş gəlib:
“Hücum məscidə yönəlmişdi, yoxsa vurulan şəxslərə qarşı, bunu tam bilmirik. Polisinin hadisə yerinə sürətlə gəlməsi bizi məmnun etdi.”

News365.az

Избранный
29
11
news365.az

10Источники