RU

İyul ayında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 8 milyon dollara çatıb (ÖZƏL)

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə 2025-cü ilin iyul ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq, 8 milyon 462 min 9 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 59 milyon 839 min 38 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 567 milyon 617 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 319 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Избранный
51
13
turkic.world

10Источники