"Napoli" klubu "İğdır" FK-nın 18 yaşlı futbolçusu Özder Özcanı transfer edir.

Offsideplus.az xəbər verir ki, İtaliya çempionu gənc futbolçunu satınalma şərti ilə birlikdə icarəyə götürəcək.

Bu barədə "Relevo" portalı məlumat yayıb.

Ö. Özcan Türkiyənin aşağı yaş milli komandalarında (U-17 və U-18) 26 oyuna çıxıb və 5 qol vurmağı bacarıb.