"Ukraynadakı münaqişə avqustun 15-də başa çatacaq".
Missiya.Az "Gazete.ru"ya istinadən xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon telekanalların birində çıxışı zamanı deyib.
"Mən Vaşinqtondakı iki mənbəmlə danışdım. Hər ikisi müharibənin sabah bitəcəyini söylədi", - Qordon deyib.
Onun sözlərinə görə, söhbət münaqişənin bitəcəyini proqnozlaşdıran “Vaşinqtonda çox yüksək vəzifəli şəxslərdən” gedir. Jurnalist belə bir inkişafa ümid etdiyini bildirib.
Xatırladaq ki, avqustun 15-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada danışıqlar aparacaq. Görüşün əsas mövzu Ukraynada sülhdür.
Nurlana ƏhmədovaMissiya.Az