RU

Samuxda “avtoş”luq edən sürücü HƏBS OLUNDU – VİDEO

Samuxda narkotik qəbul edib yol hərəkəti qaydalarını pozan sürücü həbs olundu. Samuxda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu DİN Mətbuat Xidmətinin regional qrupuna istinadən məlumat verir ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində narkotik vasitənin təsiri altında sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
 

Samux rayon sakini Röyal Yolçuyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.


Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R. Yolçuyev sürücülük hüququndan 1 il müddətinə məhrum olmaq 15 sutka müddətinə inzibati qaydada həbs edilib.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Избранный
8
5
bizim.media

6Источники