AZ

Samuxda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanıldı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində narkotik vasitənin təsiri altında sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Bildirilib ki, rayon sakini Röyal Yolçuyev idarə etdiyi VAZ markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Yolçuyev sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

View on Threads

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
5
oxu.az

6Mənbələr