RU

Bəyoğlu bələdiyyəsində əməliyyat - Başçı və 42 nəfər saxlanıldı

İstanbulda Bəyoğlu Bələdiyyəsində 42 bələdiyyə işçisi saxlanılıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, saxlanılanlar arasında bələdiyyə başçısı İnan Güneyin də olduğu bildirilir.

Əvvəlki istintaq zamanı saxlanılan iş adamı Murat Kapkı ifadəsində Güneyin adını çəkib.

İlkin məlumata əsasən, həmin şəxslər korrupsiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində saxlanılıblar. 


Избранный
36
manset.az

1Источники