RU

Bu zavod səhmlərini əməkdaşlarına güzəştlə satacaq - DETALLAR

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac keçiriləcək.

Tanınmış fındıq zavodunun səhmləri - HƏRRACDA ALICI TAPDI, DETALLAR

FED.az xəbər verir ki, hərracda “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışı həyata keçiriləcək. 

Hazırda “Azneftkimyamaş” ASC-nin tərkibində fəaliyyət göstərən müəssisə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 411 ünvanında yerləşir. Zavodun nizamnamə kapitalı 18 milyon 840 min 62 manat təşkil edir. Ümumilikdə 9 milyon 420 min 31 ədəd səhm buraxılıb ki, bunun 1 milyon 413 min 5 ədədi güzəştli satışa çıxarılıb. Hər bir səhm nominal olaraq 2 manat dəyərindədir.

Aşağıdakı şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər:

  • əsas iş yeri həmin müəssisə sayılan işçilər;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;
  • özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;
  • 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.

Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixinə kimi qəbul edilir.

Sifarişlərin verilməsi və güzəştli satışın keçirilməsi haqqında məlumatları səhmdar cəmiyyətin yerləşdiyi ünvandan almaq olar.

Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.

Güzəştli satışın yekunlarını təsdiq etmək üçün 17 oktyabr 2025-ci il tarixdə müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə təqdim edilməlidir.

Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.

Güzəştli satışda yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır.

Избранный
21
5
fed.az

10Источники