Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Sitat.info xəbər verir ki, Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman Sarayının qarşısında Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Tural Səlimxan oğlu Məmmədov idarə etdiyi "Hunday" markalı avtomaşınla hərəkətdə olan zaman piyada qismində yolu keçən 1969-cu il təvəllüdlü Rəhim Bahadur oğlu Zeynalovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.