RU

Midlsbro Mançester Siti nin 19 yaşlı yarımmüdafiəçisini icarəyə götürmək istəyir

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mançester Siti"nin yarımmüdafiəçisi Sverre Nypan bu yay icarə əsasında "Midlsbro"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

Mənbənin sözlərinə görə, klublar arasında razılıq demək olar ki, əldə olunub. Lakin 19 yaşlı norveçli ilə şəxsi müqavilənin detalları hələ razılaşdırılmayıb.

Qeyd edək ki, Nypan bu yay "Rusenborq"dan 15 milyon avroya "Mançester Siti"yə keçib. Futbolçunun ingilis klubu ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
sport24.az

1Источники