RU

Naxçıvanda daha bir kafenin fəaliyyəti dayandırıldı


Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 20-ci məhəllə döngə 2 ünvanında fəaliyyət göstərən Qarayev İlham Ərrəhman oğluna məxsus kafedə ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən bildirilib ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Mətləb

Избранный
60
16
baki-xeber.com

10Источники