RU

İsraildən İrana cavab: Hücuma hazırıq!

İsrailin Baş Qərargah rəisi Eyal Zamir İsrailin İrana yenidən hücum etməyə hazır olduğunu deyib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Məlumata görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Livana səfəri zamanı İsrailin Livana hücumları ilə bağlı "İsrail bu gün yırtıcıya çevrilib və Hizbullah bu yırtıcıya qarşı mübarizə aparır ", - deyə fikir bildirib.

İsrailin Baş Qərargah rəisi Eyal Zamirin cavabı isə gecikməyib. İsrail ordusunun İrana, Livanda Hizbullaha, hətta Yəməndə İranın dəstəklədiyi husilərə hücum etdiyini vurğulayan Zamir İsrailin lazım gəldikdə yenidən hücuma hazır olduqlarını bildirib.

Избранный
0
1
axar.az

10Источники