RU

İsrail Qəzza sakinlərini köçürmək üçün bu ölkələrlə danışıqlara başladı

İsrail Qəzza sakinlərinin bir hissəsinin köçürülməsi üçün beş ölkə ilə danışıqlar aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN” telekanalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail eyni anda Efiopiya, Liviya, İndoneziya, Cənubi Sudan və tanınmayan Somaliland Respublikası ilə Qəzza zolağından çıxan fələstinliləri qəbul etmək imkanları ilə bağlı danışıqlar aparır.

“Qəzzanın 2 milyondan çox sakininin bir hissəsini qəbul etmək müqabilində bu ölkələr əhəmiyyətli maliyyə və beynəlxalq təzminat alacaqlarını gözləyirlər”,-deyə məlumatda bildirillir. 

Qeyd edək ki, Cənubi Sudan hakimiyyəti fələstinlilərin bu ölkəyə köçürülməsi ilə bağlı danışıqların aparılması xəbərlərini təkzib edib. 

Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərə İsrailin fələstinlilərin köçürülməsi ilə bağlı bir neçə ölkə ilə danışıqlar apardığını bildirsə də, konkret ölkələrin adını çəkməyib. 

ABŞ Prezidenti Donald Tramp da Qəzza zolağının sakinlərinin Misir və İordaniya və ya başqa ölkələrə köçürülməli olduğunu açıqlamışdı. Lakin ərəb ölkələri bu təklifə qarşı çıxıblar.

Избранный
4
1
qafqazinfo.az

2Источники