Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Araz-Naxçıvan” da cavab matçına çıxıb.
Elmar Baxşıyevin komandası Kiprdə “Omoniya”nın qonağı olub. Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan “Araz-Naxçıvan”ı səfərdə də çətin oyun gözləyirdi. Bu dəfə 5 cavabsız qol buraxmış Azərbaycan təmsilçisi avrokuboklarla vidalaşıb.
“Omoniya” pley-off mərhələsində PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə görüşəcək.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
14 avqust
“Omoniya” (Kipr) – “Araz-Naxçıvan” 5:0
Qollar: Villi Semedo, 9. Stevan Yovetiç, 23. Evandro, 31; 45+4. Mateuş Musialovski, 79.
İlk oyun – 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu.
"Cebheinfo.az"