AZ

"Araz-Naxçıvan" iki oyunda doqquz qol buraxaraq avrokubokla vidalaşıb

"Araz-Naxçıvan" komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.

BAKU.WS xəbər verir ki, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə "Omoniya" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqlənib.

Beləliklə, Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzan "Araz-Naxçıvan" turnirdə mübarizəni dayandırıb.

*** 22:42

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında beşinci qol vurulub.

BAKU.WS xəbər verir ki, meydan sahibləri fərqi daha da artırıblar.

Mateuş Musialovski 79-cu dəqiqədə hesabı 5:0 edib.

***21:23

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, meydan sahibləri növbəti dəfə fərqlənib.

23-cü dəqiqədə Stevan Yovetiç hesabı 2:0 edib.

*** 22:11

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında ikinci hissə oynanılır.

BAKU.WS xəbər verir ki, meydan sahibləri dörd cavabsız qolla üstündür.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro fərqlənib.

***21:50

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, meydan sahibləri fasiləyə üstünlüklə yollanıblar - 4:0.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro fərqlənib.

*** 2132

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

BAKU.WS xəbər verir ki, meydan sahibləri növbəti dəfə fərqləniblər.

30-cu dəqiqədə Evandro hesabı 3:0 edib.

***21:09

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III :təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, matçda ilk qolu meydan sahibləri vurub.

***20:00

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub.

Cütün qalibi Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq.

Seçilən
6
9
far.az

10Mənbələr