RU

ABŞ Prezidenti: Putin mənimlə oynaya bilməz

“Düşünürəm ki, mən prezident olmasaydım, o,(Rusiya Prezidenti Vladimir Putin – Qeyd) bütün Ukraynanı ələ keçirərdi, bu, heç vaxt baş verməməli olan müharibədir. Amma mən prezidentəm və o, mənimlə oynaya bilməz”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp əlavə edib ki, onunla Rusiya lideri arasında görüş uğursuz olarsa, çox tez başa çatacaq: “Əgər bu, uğurlu görüş olarsa, yaxın gələcəkdə sülhə nail olacağıq”.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gözlənilən olub:

“Mənim rəhbərliyimdə belə olmayıb və dörd il ərzində heç müzakirə olunmayıb. Münaqişənin yaxınlaşdığını görürdüm, gedəndən sonra nə olduğunu gördüm. Hamı günahkardır, Putin günahkardır, hamısı günahkardır”.

Избранный
82
16
bakivaxti.az

10Источники