RU

Tayvanda “Podul” qasırğası 100-dən çox insanın xəsarət almasına səbəb olub

Tayvanda “Podul” qasırğası nəticəsində 100-dən çox insan xəsarət alıb, bir nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Taiwan News” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, tayfun zamanı Lin adlı şəxs dalğa tərəfindən dənizə çıxarılıb, onun axtarışları davam edir.

Qeyd edək ki, qasırğa 191 km/saat (53 m/s) güclü küləklər gətirib. Yerli hakimiyyət tayfunun yaxınlaşması ilə əlaqədar 5500-dən çox insanın təxliyə edildiyini bildirib.

Избранный
30
2
report.az

10Источники