RU

“Araz Naxçıvan” avrokubokla vidalaşdı: İki oyunda doqquz qol...

ain.az bildirir, News24 saytına əsaslanaraq.

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başa çatıb.

News24.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start götürən matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqlənib.

Beləliklə, Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.

“Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
83
9
news24.az

10Источники