RU

Tramp və Kremlindən görüşlə bağlı açıqlamalar

ABŞ Prezidenti Donald Tramp və Kremlin mətbuat katibi Dmitri Peskov, sabah Moskva vaxtı ilə 22:30-da keçiriləcək Tramp-Putin görüşü öncəsi açıqlama veriblər.Metbuat.az xəbər verir ki, görüşün Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Richardson hərbi bazasında baş tutacağı bildirilib. “Fox News”a danışan Tramp görüşün 25 faiz ehtimalla pis, eyni ehtimalla isə yaxşı keçə biləcəyini deyib. Onun sözlərinə görə, ilk görüşdən dərhal atəşkəs gözlənilmir, lakin müsbət nəticə olarsa, ikinci görüş keçiriləcək. ABŞ Prezidenti nəticə əldə olunmaması halında Rusiyaya sanksiya tətbiq edəcəyini bildirib. O, Rusiya və Ukraynanın sülh üçün sərhəd və ərazilərlə bağlı qarşılıqlı güzəştə getməli olduğunu vurğulayıb.Ağ Evin sözçüsü Karolin Leavit isə Trampın Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması üçün bütün imkanlardan istifadə etmək istədiyini deyib.Peskov isə görüşdən sonra nəticələr barədə ayrıca hesabat açıqlanmayacağını bildirib. Onun sözlərinə görə, Putin əldə edilən razılaşma və anlaşmaları ümumi şəkildə təqdim edəcək.

Peskov həmçinin qeyd edib ki, tərəflər çətin mövzuları müzakirə etməyə hazırdır və Moskva Trampın “fərqli yanaşmasını” qiymətləndirir. O, Trampın diplomatik yolla sülhə nail olmağa həqiqətən istəkli göründüyünü vurğulayıb, lakin Avropadan məqbul cavab gözləmədiklərini bildirib.

Избранный
23
50
metbuat.az

9Источники