RU

“Araz-Naxçıvan” da Konfrans Liqasında mübarizəni dayandırdı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində iştirak edən “Araz-Naxçıvan” iki oyunda ümumilikdə qapısında 9 qol görərək turniri erkən tərk edib.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan təmsilçisi cavab görüşündə Kiprdə “Omoniya” ilə qarşılaşıb və görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda 9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə isə Mateuş Musialovski fərqlənib.

Qeyd edək ki, Bakıdakı ilk oyun da “Araz-Naxçıvan” üçün uğursuz keçmiş və komanda 0:4 hesabı ilə uduzmuşdu. Beləliklə, Naxçıvan klubu UEFA Konfrans Liqasındakı mübarizəni dayandırıb.

Избранный
22
9
90deqiqe.az

10Источники