RU

Fahriye boşanma xəbərlərinə belə cavab verdi - Foto

Məşhur türk aktrisa Fahriye Evcen boşanma iddialarına cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, aktrisa instaqramın hekayə bölməsində həyat yoldaşı Burak Özçivitlə birgə xoşbəxt olduqlarını əks etdirən foto paylaşıb.

Bununla cütlük barələrində dolaşan boşanma xəbərlərinə də son qoyub. 

Xatırladaq ki, bu iddiaların yaranmasına səbəb aktrisanın sosial şəbəkə hesabında Özçivit soyadını silməsi olub.

Ayrılıq dedi-qodularının yayılmasından sonra aktrisa yenidən Özçivit soyadını hesabına əlavə edib. 

Qeyd edək ki, Fahriye Evcen və Burak Özçivit “Çalıkuşu” serialının çəkilişləri zamanı sevgili olub. Onlar 2016-cı ildə ailə həyatı qurub. Cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kərəm adlı övladları dünyaya gəlib.


Избранный
7
4
qafqazinfo.az

5Источники