RU

Netanyahudan ÖNƏMLİ QƏZZA açıqlaması – Bu 5 şərtlə…

Netanyahu Qəzza sektorunda təhlükəsizlik və qələbə üçün 5 əsas prinsipi açıqlayıb.

KONKRET.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektorunda təhlükəsizliyi təmin edəcək və qələbəyə aparacaq beş əsas prinsipi açıqlayıb. Onun sözlərinə görə, bu prinsiplərə HƏMAS-ın tam silahsızlaşdırılması, bütün girovların – həm sağ, həm də həlak olmuş şəxslərin – geri qaytarılması, sektorun tam demilitarizasiyası və orada silah istehsalı və qaçaqmalçılığının qarşısının alınacağına dair zəmanətlərin verilməsi daxildir.

Netanyahu həmçinin təhlükəsizliyin, o cümlədən mühafizə perimetrinin, İsrailin nəzarətində saxlanılmalı olduğunu, eləcə də HƏMAS və ya Fələstin Administrasiyası olmayan alternativ mülki idarəetmənin yaradılmasının vacibliyini vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Избранный
31
3
konkret.az

7Источники