RU

Təcrübəli turist geri qayıtmayacağı üç Avropa şəhərini açıqladı

Səyahət məzmunu ilə tanınan bloqer Suion onu digər şəhərlər qədər təsirləndirməyən üç Avropa şəhərinin adını çəkib. 

HİT.az xəbər verir ki, "Express" nəşrinin məlumatına görə, o, bunun həmin şəhərlərin “pis” olduğu anlamına gəlmədiyini, sadəcə öz zövqünə görə gözləntilərini qarşılamadığını bildirib.

Madrid - İspaniya paytaxtı

Suion bildirib ki, eyni səfərdə həm Madridi, həm də Barselonanı ziyarət edib və Barselona ürəyini fəth etdiyi üçün Madrid onun üçün kölgədə qalıb:

"Madrid məni o qədər cəlb etmədi. Saray və muzeylərdən başqa, mənim üçün çox maraqlı şey yox idi. İndi geri dönsəm, yəqin ki, Madridi keçər və Barselonada daha çox vaxt keçirərdim".

Kataniya - Siciliya, İtaliya

Bloger Kataniyanı isə bir qədər baxımsız və tam təhlükəsiz olmayan şəhər kimi təsvir edib:

"İnsanlar sənə tərəf baxmaqdan çəkinmirdilər. Əminəm ki, kobud olmaq istəmirdilər, amma qadın səyahətçi kimi bu, bir az narahatlıq yaradırdı".

Berlin - Almaniya paytaxtı

Suion Berlini isə daha yumşaq tənqid edib. Onun sözlərinə görə, şəhərin qonaqpərvər ab-havası, saysız “cool” kafeləri, mağazaları və küçələri var. Lakin turist kimi o, tarixi muzeylərdən başqa diqqətini çəkən çox şey tapmayıb:

"Düzünü desəm, Berlində yaşamağı çox istərdim. Amma səyahət zamanı artıq muzey yorğunluğu yaşadığım üçün oradakı əsas görməli yerlər mənə cazibədar gəlmədi".

O, həmçinin Berlində autentik yerli mətbəxi tapmağın çətin olduğunu, kulinariya səhnəsinin isə əsasən beynəlxalq təamlarla zəngin olduğunu deyib:

"Bu, sadəcə mənim təcrübəmdir. Mənim zövqümə uyğun olmayan bir şey sizin üçün ideal ola bilər".

Samir
 

Избранный
59
32
hit.az

10Источники