RU

Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub -FOTO

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi sertifikat verilib.

Gundem.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata əsasən, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə bu gün Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.

Избранный
77
13
gundem.az

10Источники