Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Azreform.info xəbər verir ki, meydan sahibləri növbəti dəfə fərqləniblər.
23-cü dəqiqədə Stevan Yovetiç hesabı 2:0 edib.
30-cu dəqiqədə Evandro hesabı 3:0 edib.
***
Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Azreform.info xəbər verir ki, matçda ilk qolu meydan sahibləri vurub.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub.
Cütün qalibi Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq.