RU

Azərbaycan Ordusunun rabitə ixtisaslı zabitləri ilə təlim-metodiki toplanış keçirilib

Ajans.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyi tərəfindən yayılıb.  Məlumata görə, Azərbaycan Ordusunda rabitə hissə və bölmələrinin fəaliyyətinin, qoşunlar arasında vahid rabitə və idarəetmə sistemlərinin işinin, həmçinin rabitə ixtisaslı zabitlərin peşə hazırlıqlarının yüksəldilməsi məqsədilə keçirilən toplanışda rabitə sahəsində mövcud olan yeniliklər barədə iştirakçılar məlumatlandırılıb. Təlim-metodiki toplanış çərçivəsində müxtəlif tipli müasir radiostansiyaların imkan və qabiliyyətləri, radiokommunikasiya sistemində tətbiqi və inkişaf perspektivləri, peyk rabitəsinin və kommunikasiya fəaliyyətinin təşkili mövzusunda təqdimatlar verilib. Qoşunlarda istismara yeni qəbul edilmiş idarəetmə sistemləri, rabitə qurğuları, radiostansiyalar, rəqəmsal texnologiya, müasir məlumatötürmə proqramlarının inkişaf istiqamətləri, kibertəhlükəsizliyin təşkili və kibergigiyena qaydaları haqqında nümayiş olunan təqdimatlar ixtisasçı zabitlər tərəfindən maraqla qarşılanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, praktik tövsiyələr verilib.

Избранный
14
14
Ajans.az

10Источники